Xavi harada işləyəcək?

Xəbərlər
26 Yanvar 2025 21:52
109
Xavi harada işləyəcək?

"Barselona"nın keçmiş baş məşqçisi Xavi işləmək üçün yeni klub axtarışındadır.

İdman.biz xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

45 yaşlı mütəxəssisə yaxın insanlar onun ambisiyaları olan, orta və uzunmüddətli layihəyə malik Avropa klublarından birində işləmək niyyətində olduğunu bildiriblər.

Amma Xavi İspaniyada çalışmaq variantını istisna edir, çünki o, "Barselona"dan başqa klubda işləməyə hazır deyil. 2010-cu il dünya çempionunun yayda məşqçiliyə qayıtma ehtimalının böyük olduğu vurğulanır.

Xavi 2021-2024-cü illərdə "Barselona"nı çalışdırıb və 2023-cü ildə kluba La Liqa çempionluğu və İspaniya Superkubokunu qazandırıb.

İdman.biz