Misli Premyer Liqasının XX turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” (1:2) oyunundakı mübahisəli epizoda aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qarşılaşmadakı vəziyyətlərə şərh verib.
Mütəxəssis 90-cı dəqiqədə hesaba alınan və Qurban Qurbanovun narazılığına səbəb olan qola toxunub: “Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusu - Kauan Martinsin önünə düşür və o, qol vurur. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınır”.
Qeyd edək ki, “Qarabağ” bu görüşdə 1:2 hesabı ilə uduzub.
İdman.biz