AFFA rəsmisi “Liverpul”un oyununa təyinat alıb

Xəbərlər
27 Yanvar 2025 15:58
175
AFFA rəsmisi “Liverpul”un oyununa təyinat alıb

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA-dan təyinat alıb.

İdman.biz xəbər verir ki, belçikalı mütəxəssis Çempionlar Liqasının oyununda iş başında olacaq.

O, Liqa mərhələsinin VIII turunun görüşünə təyinat alıb. De Bleker PSV – “Liverpul” qarşılaşmasının hakim-inspektoru olacaq.

Qeyd edək ki, Niderlandın Eyndhoven şəhərindəki oyun yanvarın 29-da keçiriləcək.

İdman.biz