“Porto”da yeni baş məşqçi

Xəbərlər
27 Yanvar 2025 16:17
126
“Porto”da yeni baş məşqçi

“Porto”nun yeni baş məşqçisi müəyyənləşib.

İdman.biz xəbər verir ki, Portuqaliya klubunu Martin Anselmi çalışdıracaq.

Argentinalı mütəxəssis baş məşqçi postunda Vitor Brunonu əvəzləyib. 39 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Anselmi bunadək Meksikada “Krus Asul”, Ekvadorda “İndependente del Valye” kimi klubları çalışdırıb.

Qeyd edək ki, “Porto” 19 turdan sonra 41 xalla 3-cü yerdə qərarlaşıb.

İdman.biz