Türkiyə klubları Reşfordu hədəfləyib

Xəbərlər
28 Yanvar 2025 11:23
129
Türkiyə klubları Reşfordu hədəfləyib

"Qalatasaray" və "Fənərbaxça" klubları da İngiltərə millisinin hücumçusu Markus Reşfordu heyətlərinə qatmaq niyyətindədirlər.

İdman.biz xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Türkiyə klublarının Reşfordu "Mançester Yunayted"dən hazırkı mövsümün sonuna kimi icarəyə götürmək istədikləri bildirilir.

Bir müddət əvvəl həmçinin "Barselona", "Arsenal", PSJ, "Beşiktaş" və Səudiyyə klublarının Reşfordla maraqlandıqları barədə xəbərlər yayılıb.

Qeyd edək ki, 2015-ci ildən "Mançester Yunayted"in əsas komandasında oynayan Reşford son vaxtlar heyətə düşmür və onun klubdan gedəcəyi gözlənilir.

İdman.biz