İkardi boşanmaqla bağlı ondan məsləhətlər alır

Xəbərlər
28 Yanvar 2025 15:03
135
İkardi boşanmaqla bağlı ondan məsləhətlər alır

Məşhur amerikalı aktyor Conni Depp argentinalı futbolçu Mauro İkardiyə boşanmaqla bağlı məsləhətlər verir.

İdman.biz xəbər verir ki, "The Telegraph" bu barədə məlumat paylaşıb.

"Qalatasaray"ın hücumçusu həyat yoldaşı Vanda Nara ilə məhkəmə çəkişməsindədir. O bu məsələni müzakirə etmək üçün Depplə Uruqvayda görüşməyə razılaşıb. Aktyor ora helikopterlə gəlib və yerli rançoda məskunlaşıb.

Conni bu yaxınlarda keçmiş həyat yoldaşı Amber Hearda qarşı böhtanla bağlı böyük işi qazanıb.

İkardi onu təngə gətirməkdə ittiham edən Naradan necə qorunacağı ilə bağlı məsləhətlər istəyir.

İdman.biz