“Araz-Naxçıvan”ın futbolçusu İqor Riberyro yayda komandanı tərk edə bilər.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, hazırda Premyer Liqanın ən bacarıqlı stoperlərindən sayılan 28 yaşlı braziliyalı futbolçu ilə iki köklü klub - “Qarabağ” və “Neftçi” yaxından maraqlanır.
Müdafiəçinin Naxçıvan təmsilçisi ilə sözləşməsinin müddətinin iyunda başa çatması “elçilər”i hərəkətə keçməyə məcbur edib.
“Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazansa, klub rəhbərliyi ona daha artıq maliyyə şərti ilə yeni müqavilə təklif edəcək. Belədə İqor “Araz-Naxçıvan”, “Qarabağ” və “Neftçi” arasında seçim edəcək.
Azərbaycanda qalmaq istəməyib, başqa ölkədən olan təklifləri dəyərləndirmək fikrinə düşməsi ehtimalı da istisna deyil.
2023-cü ilin yayından “qırmızı-ağlar”ın şərəfini qoruyan İqor Premyer Liqada və ölkə kubokunda meydana çıxdığı 48 qarşılaşmada 1 qol vurub.
İdman.biz