Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi start götürüb.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 matç baş tutub.
Bu qarşılaşmalarda 31 qol vurulub. Günün ən məhsuldar görüşündə son çempion “Birbaşa Bakı” “Laçın”ı 13 cavabsız qolla darmadağın edib.
Azərbaycan çempionatı
1/4 final, ilk oyunlar
29 yanvar
“Aznur” – “Göyçə” – 6:3
“Sumqayıt” – “Qalaksi” – 1:0
“Birbaşa Bakı” – “Laçın” – 13:0
“Zirə” – “Star Bakı” – 7:1
Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçirilib.
İdman.biz