Karyerası ərzində bir çox iddialı klubların şərəfini qoruyan, butslarını mismardan asandan sonra uzun müddətdi kölgəyə çəkilən Elnur Allahverdiyev yenidən futbola qayıtmaq istəyir.
İdman.biz Sport24.az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı veteran bu dəfə məşqçi kimi çalışmağaı düşünür.
Millidə 38 oyun keçirən Allahverdiyev işlə bağlı "Sumqayıt" Futbol Akademiyasının rəhbəri Hakan Sünalla görüşüb. O, klub rəhbərliyi ilə bu barədə danışıb veteran futbolçuya cavab verəcəyini bildirib.
Qeyd edək ki, Elnur 2015-ci ildə karyerasını başa vurub.
İdman.biz