AFFA 4 futbolçunu ömürlük cəzalandırıb - onlar arasında millinin sabiq üzvü də var

Xəbərlər
30 Yanvar 2025 13:12
137
AFFA 4 futbolçunu ömürlük cəzalandırıb - onlar arasında millinin sabiq üzvü də var

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda danışılmış oyunlarda iştirak edən futbolçularla bağlı qərarlar verilib.

Misli Premyer Liqasında son klubu “Şamaxı” olan Adil Nağıyev, həmçinin I Liqada mübarizə aparan “Mingəçevir”in 3 futbolçusu Mövlan Kərimov, Muxtar Nəzərli və Xəyal Xudaverdiyev danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, karyerası ərzində AZAL, “Zirə”, “Sumqayıt”, “Səbail” və “Şamaxı”da oynamış Nağıyev Azərbaycan millisində 2 matç keçirib.

İdman.biz

Məqalədə: