Keçmiş klub prezidenti rüşvətə görə saxlanılıb

Xəbərlər
30 Yanvar 2025 15:04
84
Keçmiş klub prezidenti rüşvətə görə saxlanılıb

Bukmeker şirkətlərindən birinin sabiq baş direktoru Sergey Anoxin 60 milyon rubl (1,04 milyon AZN) məbləğində rüşvət verməkdə ittiham olunur.

İdman.biz xəbər verir ki, 51 yaşlı funksioner hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və onu 8 ildən 15 ilə qədər həbs gözləyir.

Anoxinin rüşvəti təhlükəsizlik qüvvələrinin nümayəndəsinə verdiyi bildirilir.

Anoxin 2016-2022-ci illərdə Rusiya Futbol İttifaqının vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü olub. O, həmçinin Moskva Futbol Federasiyası (2013-2022) və “Ximki” futbol klubuna (2020-2021) rəhbərlik edib.

İdman.biz

Məqalədə: