Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə futbol veteranları və idman jurnalistləri arasında yubiley matçı keçirilib.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika stadionu ilə birgə təşkil etdiyi qarşılaşmadan öncə Dövlət Himni səsləndirilib.
Daha sonra Vətən müharibəsi şəhidlərinin və mərhum hakim Tofiq Bəhramovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşün start fiti qərarı ilə tarixə düşən hakimin nəticəsi Bəhram Bəhramov topa simvolik toxunuşu ilə verilib. Bir saat davam edən matç futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Aytac Sahəd
İdman.biz