Sampaoli "Renn"dən ayrılıb - FOTO

Xəbərlər
31 Yanvar 2025 10:09
119
Sampaoli "Renn"dən ayrılıb - FOTO

Xorxe Sampaoli "Renn"in baş məşqçisi vəzifəsindən ayrılıb.

İdman.biz xəbər verir ki, Fransa klubu 64 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında əməkdaşlığa son verdiyini açıqlayıb.

Argentinalı 2024-cü ilin noyabrında "Renn"in baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi ilə 10 oyun keçirən komanda 3 qələbə qazanıb və beşi ardıcıl olmaqla 7 dəfə uduzub.

Mövsümün sonuna kimi "Renn"i seneqallı Habib Beye çalışdıracaq. Nəticələr qənaətbəxş olsa, müqavilə daha bir il müddətinə uzadıla bilər.

"Renn" Liqa 1-də 19 oyundan 17 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

İdman.biz