"Qəbələ”də iki vida

Xəbərlər
31 Yanvar 2025 12:45
98
"Qəbələ”də iki vida

"Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, I Liqa təmsilçisi müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

Qeyd edək ki, “Qəbələ” 12 turdan sonra I Liqanın lideridir.

İdman.biz