Axısqa türkü Qazaxıstan millisini çalışdıracaq

Xəbərlər
31 Yanvar 2025 13:45
125
Axısqa türkü Qazaxıstan millisini çalışdıracaq

Əslən Axısqa türkü olan Əli Əliyev Qazaxıstan milli komandasının müvəqqəti baş məşqçisi təyin edilib.

İdman.biz xəbər verir ki, 44 yaşlı mütəxəssis bu vəzifədə rusiyalı Stanislav Çerçesovu əvəz edib.

Futbolçu vaxtlarında 2 oyunda Qazaxıstan millisinin formasını geyinən Əliyev məşqçi kimi yerli klublarda çalışıb, həmçinin Qazaxıstanın gənclər yığmasında baş məşqçinin köməkçisi işləyib.

İdman.biz