"Oyuna yaxşı başladıq. 100 faizli qol epizodlarından istifadə edə bilmədik".
İdman.biz xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Neftçi" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 21-ci turunda səfərdə qeydə alınan 0:1 hesablı məğlubiyyəti şərh edib: "İlk hissənin sonunda qapımıza penalti təyin edildi. Təəssüf ki, bununla da matçın taleyi həll olundu. Sonradan dəyişikliklər etsək də, əfsuslar olsun ki, alınmadı. Bu matçı unudub, qarşıdakı oyunlara hazırlaşacağıq. Komandama inanıram. Bu durumdan, inşallah, birlikdə çıxacağıq. Qarşıda oyunlar var. Həmişə demişəm ki, çempionatın sonuna qədər mübarizə gedəcək. Hələ heç nə bitməyib. Çalışırıq ki, futbolçularımızı gərginlikdən çıxaraq və növbəti oyunlara kökləyək".
Qeyd edək ki, "Şamaxı" ardıcıl 3-cü oyunda uduzub.
İdman.biz