Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyevin Türkiyə 1-ci Liqasında uğursuz çıxışı davam edir.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Bandırmaspor" 22-cu turda "Çorum"un qonağı olub.
Qarşılaşma Coşqunun komandasının 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bandırma təmsilçinin qələbəsiz oyunlar seriyası 7-yə yüksəlib. "Bandırmaspor" 4 dəfə uduzub, 3 dəfə heç-heçə oynayıb.
Qeyd edək ki, bandırmalılar 34 xalla 5-ci pillədə qərarlaşıb.
İdman.biz