Morata karyerasını "Qalatasaray"da davam etdirəcək

Xəbərlər
1 Fevral 2025 14:14
37
Morata karyerasını "Qalatasaray"da davam etdirəcək

"Milan"ın hücumçusu Alvaro Morata karyerasını "Qalatasaray"da davam etdirəcək.

İdman.biz xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano paylaşım edib.

Məlumata görə, artıq klublar keçidlə bağlı razılığa gəliblər. 32 yaşlı ispaniyalı futbolçu "Qalatasaray"da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək, daha sonra müqavilə daha bir il müddətinə uzadıla və ya onun transferi alına bilər.

2024-cü ilin yayında İspaniya millisinin heyətində Avropa çempionu olan Morata elə onda Madrid "Atletiko"sundan İtaliya nəhənginə keçib. Bu mövsüm o, bütün yarışlarda 25 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

İdman.biz