Neymar göz yaşlarını saxlaya bilməyib - VİDEO

Xəbərlər
1 Fevral 2025 13:13
37
Neymar göz yaşlarını saxlaya bilməyib - VİDEO

12 illik fasilədən sonra "Santos"a qayıdan Neymarın təqdimat mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, 32 yaşlı hücumçu tədbir zamanı göz yaşlarını saxlaya bilməyib.

Tam dolu "Estadio Urbano Caldeira"da təxminən 17 min azarkeşin onun adını qışqırması braziliyalı futbolçunu təsirləndirib.

Neymarın "Santos"da aya təxminən 166 min dollar qazanacağı bildirilir.

Qeyd edək ki, o, 2009-2013-cü illərdə "Santos"un əsas komandasında çıxış edib. Bu müddət ərzində Neymar bütün turnirlərdə 225 matçda 136 qol vurub və 64 məhsuldar ötürmə edib.

İdman.biz

Məqalədə: