Misli Premyer Liqasının XXI turunun ikinci günü Tovuzda başlayacaq.
İdman.biz xəbər verir ki, “Turan Tovuz” tarixində 11-ci dəfə “Səbail”lə çempionat matçına çıxacaq.
Əvvəlki 10 oyunun düz yarısı – 5-i heç-heçə bitib. Tovuz təmsilçisi 3, Bakı klubu 2 dəfə qalib gəlib. Top fərqində də qərblilərin minimal üstünlüyü var - 14-13.
“Turan Tovuz” bütün oyunlarda qol vurub. “Səbail” son 4 matçda qələbə qazanmayıb.
Qeyd edək ki, oyun saat 16:00-da başlayacaq.
13.08.2022 |
Səbail - Turan Tovuz |
0:1 |
15.10.2022 |
Turan Tovuz - Səbail |
2:2 |
16.03.2023 |
Səbail - Turan Tovuz |
1:1 |
22.05.2023 |
Turan Tovuz - Səbail |
2:2 |
26.08.2023 |
Turan Tovuz - Səbail |
1:3 |
03.11.2023 |
Səbail - Turan Tovuz |
2:1 |
26.01.2024 |
Turan Tovuz - Səbail |
3:1 |
30.03.2024 |
Səbail - Turan Tovuz |
1:1 |
30.08.2024 |
Turan Tovuz - Səbail |
1:0 |
09.11.2024 |
Səbail - Turan Tovuz |
1:1 |
İdman.biz