Misli Premyer Liqasının XXI turunun ikinci günü Sumqayıtda başa çatacaq.
İdman.biz xəbər verir ki, “Sumqayıt” və “Araz-Naxçıvan” 7-ci dəfə çempionat görüşündə üz-üzə gələcək.
Əvvəlki oyunlarda rəqiblər hərəyə 2 qələbə qazanıb və 2 dəfə bərabərə qalıblar. Top fərqində isə sumqayıtlılar üstündürlər - 5-4.
Maraqlıdır ki, bu qarşılaşmalarda heç vaxt 2-dən çox qol olmayıb. İlk üç matçda 2, son 3 matçda 1 qol qeydə alınıb. “Sumqayıt”ın ev oyunlarında qol vuran komanda qalib gəlib.
25.08.2023 |
Araz-Naxçıvan - Sumqayıt |
1:1 |
04.11.2023 |
Sumqayıt - Araz-Naxçıvan |
2:0 |
28.01.2024 |
Araz-Naxçıvan - Sumqayıt |
1:1 |
31.03.2024 |
Sumqayıt - Araz-Naxçıvan |
1:0 |
30.08.2024 |
Sumqayıt - Araz-Naxçıvan |
0:1 |
10.11.2024 |
Araz-Naxçıvan - Sumqayıt |
1:0 |
Qeyd edək ki, Sumqayıtdakı oyun saat 18:30-da başlayacaq.
İdman.biz