Azərbaycan çempionatının I Liqasında mübarizə aparan "Mingəçevir" futbol klubu ASTA (Azerbaijan Sport Talents Academy) ilə tərəfdaşlığa başladıqdan sonra ilk ciddi addımı atıb.
İdman.biz xəbər verir ki, tələsik təcili nəticələri deyil, gələcəyi düşünən klub rəhbərliyi işə infrastrukturla bağlı planları həyata keçirməklə başlayıb.
Bu məqsədlə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda təmir və yenidənqurma işləri başlanılıb. Artıq bu barədə PFL də məlumatlandırılıb. İşlər bitənə qədə “Mingəçevir” ev oyunlarını Zaqatala OİK stadionunda keçirəcək.
Qeyd edək ki, klub hazırda I Liqada sonuncu – 10-cu pillədə qərarlaşıb.
İdman.biz