“Milan” heyətinə yeni hücumçu qatır.
İdman.biz xəbər verir ki, Santyaqo Ximenes İtaliya klubuna keçəcək.
Mərkəz hücumçusunun çıxış etdiyi “Feyenoord” 23 yaşlı forvardın transferinə razılıq verib. Meksikalı futbolçu üçün 35 milyon avrodan artıq vəsait ödəniləcək.
Qeyd edək ki, Santyaqo cari mövsümdə 19 matçda 16 qol və 3 assistə imza atıb.
İdman.biz