“Mançester Siti” Nikolas Qonsalesi transfer etməyə qərar verib.
İdman.biz xəbər verir ki, İngiltərə klubu 23 yaşlı ispan yarımmüdafiəçinin keçidi üçün “Porto” ilə danışıqlara başlayıb.
Portuqaliya təmsilçisi futbolçusunu buraxmaq istəmir. Klub rəhbərliyi yalnız böyük məbləğ qarşılığında transferə razı olacaq.
Portuqaliyalılar 60 milyon avro əldə etmək niyyətindədir. Bunun 40 faizi Qonsalesin əvvəl formasını geyindiyi “Barselona”ya çatacaq.
Qeyd edək ki, Nikolas cari mövsüm 17 çempionat oyununda 5 qol və 3 assistə imza atıb.
İdman.biz