“Mançester Yunayted”də danimarkalı müdafiəçi

Xəbərlər
1 Fevral 2025 17:09
35
“Mançester Yunayted”də danimarkalı müdafiəçi

“Mançester Yunayted” heyətinə yeni müdafiəçi qatacaq.

İdman.biz xəbər verir ki, Danimarka millisinin və “Leççe”nin müdafiəçisi Patrik Dorqu İngiltərə klubuna keçəcək.

Keçidlə bağlı tərəflər arasında razılıq əldə olunub. Transfer üçün 30+5 milyon avro ödəniləcək. Futbolçu müqavilə imzalamaq üçün İngiltərəyə yollanıb.

Qeyd edək ki, Dorqu cari mövsüm A seriyasında keçirdiyi 21 matçda 3 qol vurub.

İdman.biz