“İnter”dən İspaniyaya

Xəbərlər
1 Fevral 2025 16:56
32
“İnter”dən İspaniyaya

“İnter”in futbolçusu Teyjon Byukenen “Vilyarreal”a keçib.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında İspaniya klubunda çıxış edəcək.

Anlaşmada futbolçunun sonradan transferi ilə bağlı bənd də yer alıb. 2024-cü ilin yanvarında “Brügge”dən “İnter”ə keçən 25 yaşlı futbolçunun müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, futbolçu cari mövsümdə A seriyasında 6, kubokda 1 matç keçirib.

İdman.biz