Azərbaycan klubları avrokuboklarda antirekordu təkrarlayıb.
İdman.biz xəbər verir ki, komandalarımız mövsüm ərzində 16 məğlubiyyət alıb.
Bu tarixin ən “böyük” rəqəmidir. Yalnız 2016/17 mövsümündə bu qədər yenilgi yaşanıb.
Amma həmin vaxt daha çox – 34 oyun baş tutub. Bu dəfə isə cəmi 28 görüşdə 16 məğlubiyyət. Oyunların yarıdan çoxu üzüntü ilə bitib.
“Qarabağ” hamıdan çox – 10 dəfə azarkeşlərini məyus edib. Təbii ki, Ağdam klubu həm də daha çox – 14 matç keçirib. “Sabah”ın üç, “Zirə”nin iki, “Sumqayıt”ın bir məğlubiyyəti olub.
Qeyd edək ki, 28 oyunda 9 qələbə və 3 heç-heçə də qeydə alınıb.
Vüqar Xeyrullayev
İdman.biz