“Sumqayıt”ın məşqçi və futbolçu heyəti üçün seminar - FOTO

Xəbərlər
3 Fevral 2025 14:59
78
“Sumqayıt”ın məşqçi və futbolçu heyəti üçün seminar - FOTO

“Sumqayıt” futbol klubunun əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

İdman.biz xəbər verir ki, tədbir AFFA-nın Hakimlər Komitəsinin üzvü, sabiq FIFA referisi Anar Salmanovun iştirakı ilə baş tutub.

Seminar “Sumqayıt” FK-nın təlim-məşq bazasının iclas zalında təşkil olunan seminarda komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.

İdman.biz