Andre Silva icarəyə verilib

Xəbərlər
3 Fevral 2025 17:01
127
Andre Silva icarəyə verilib

Portuqaliya millisinin futbolçusu Andre Silvanın yeni klubu bəlli olub.

İdman.biz xəbər verir ki, 29 yaşlı hücumçu “Verder”in formasını geyinəcək.

“Leypsiq” onu Bremen klubuna icarəyə verib. Andre mövsümün sonunadək “Verder”in uğurları üçün çalışacaq.

Qeyd edək ki, portuqaliyalı forvard cari mövsümdə Bundesliqada 8 oyunda 1 qol və 1 assistə imza atıb.

İdman.biz