"Kəpəz" yetirməsini komandaya qaytarıb

Xəbərlər
3 Fevral 2025 16:41
93
"Kəpəz" yetirməsini komandaya qaytarıb

Sadiq Şəfiyev "Kəpəz"ə qayıdıb.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Futbolçu "Turan Tovuz"dan mövsümün sonuna kimi icarəyə götürülüb. 19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə “Kəpəz”in heyətində çıxış edib.

Qeyd edək ki, Şəfiyev aşağı yaş qrupları üzrə milli komandaların şərəfini qoruyub.

İdman.biz