AFFA-nın vitse-prezidenti "Atalanta"nın oyununda

Xəbərlər
4 Fevral 2025 17:58
66
AFFA-nın vitse-prezidenti "Atalanta"nın oyununda

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Fevralın 11-də Antalyada yerləşən “Arslan Zəki Dəmirci İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

İdman.biz