Kadi "Qarabağ"da

Xəbərlər
4 Fevral 2025 22:33
87
Kadi "Qarabağ"da

Kadi Borges yenidən “Qarabağ”ın şərəfini qoruayacaq.

İdman.biz xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti açıqlama yayıb.

28 yaşlı braziliyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2021-22-ci illərdə "Qarabağ" da forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.

İdman.biz