Minifutbol üzrə Azərbaycan çempionatının bombardirləri bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
1/4 final mərhələsinin cavab oyunları ərəfəsində Tural Adığözəlov hamını qabaqlayır. “Göyçə”nin minifutbolçusu 21 qola imza atıb.
Təmkin Xəlilzadə (“Birbaşa Bakı”), Kamran Qürbətov və Rəvan Kərimov (hər ikisi “Zirə”) hərəyə 19 qol vurublar. Elvin Əlizadə (“Birbaşa Bakı”) 17 dəfə fərqlənib.
Qeyd edək ki, 1/4 finalın cavab oyunları bu gün keçiriləcək.
İdman.biz