“Neftçi” qalib gəlib, “Sabah” “Sumqayıt”la bacarmayıb - VİDEO

Xəbərlər
5 Fevral 2025 20:25
258
“Neftçi” qalib gəlib, “Sabah” “Sumqayıt”la bacarmayıb - VİDEO

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçirilib.

Tovuzda “Kəpəz” “Neftçi”ni qəbul edib. Tovuzda baş tutan qarşılaşmanın qalibi qonaq komanda olub. Bu qələbə "ağ-qaralar"a yarımfinala yüksəlmək üçün yaxşı şans qazandırıb.

Paytaxtda “Sabah”la “Sumqayıt” üz-üzə gəlib. 90 dəqiqə ərzində komandaların səyləri nəticəsiz qalıb. Cütün taleyinə Sumqayıtda keçiriləcək cavab matçında aydınlıq gələcək.

Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
5 fevral (çərşənbə)

16:00. “Kəpəz” – “Neftçi” - 0:2
Qollar:
Ağadadaş Salyanski, 35, Yuri Matias, 69
Baş hakim: İnqilab Məmmədov
“Kəpəz”: 22. Məmməd Hüseynov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 19. Sadiq Şəfiyev, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 11. Trent Buhagiar, 3. Mahamadu Ba, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 1. Rojerio Santos, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 26. Valdemar Almeyda, 9. Luis Paçu
Baş məşqçi: Azər Bağırov

“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 80. Həbib İsmayılov, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 23. Robert Bauer, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
Tovuz şəhər stadionu


18:30. “Sabah” – “Sumqayıt” - 0:0
Baş hakim: Əliyar Ağayev
“Sabah”: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 99. Neqoş Kupusoviç
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 32. Elgün Dünyamalıyev, 18. Pavol Safranko, 13. İvan Lepiniça, 11. Kahim Parris, 12. Vinsent Till, 33. Umarali Raxmonaliyev
Baş məşqçi: Vasili Berezutski

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Momo Yansane, 5. Alan Dias, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 66. Ruslan Əliyev, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 12. Giorgi Karaişvili, 23. Ronaldo Vaskez
Baş məşqçi: Vaqif Cavadov
“Bank Respublika Arena”

Qeyd edək ki, ilk oyunlara sabah yekun vurulacaq.

İdman.biz