“Breşiya”dan “Kəpəz”ə gəlib, şans gözləyir

Xəbərlər
5 Fevral 2025 09:27
52
“Breşiya”dan “Kəpəz”ə gəlib, şans gözləyir

“Mənə şans veriləcəyi günü səbirsizliklə gözləyirəm”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in yeni transferi Trent Buhagiar klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O bildirib ki, matçlara çıxmaq üçün özünü hazır hiss edir: “Yeni komandamda bir müddətdir məşqlərə qoşulmuşam. Meydana çıxmağa hazıram. Amma bu, baş məşqçiyə aid məsələdir”.

Maltalı futbolçu “Neftçi” ilə kubok matçında meydana çıxmağa ümidli olduğunu bildirib: “Uğurlarda payımın olmasını istəyirəm. Qələbəyə həvəsli, istəkli komandamız var. Oyunçular meydanda can qoyurlar. “Səbail” və “Sabah”a qarşı oyunları tribunadan izləmişəm. Bakıdakı görüşdə bəxtimiz gətirmədi. Komanda qələbə qazanmağa çalışdı. Lakin alınmadı. Tovuzda isə daha döyüşkən ruhda oynadıq və layiq olan qələbəni qazandıq. Ümid edirəm ki, bundan sonrakı matçlarımız da eyni tərzdə keçəcək”.

Trent komandanın qarşısına qoyulan hədəfi bildiyini və bunun reallaşması üçün çalışacağını deyib: “Kollektivdə keyfiyyətli futbolçular çoxdur. Hamı bir məqsəd üçün mübarizə aparır. Məşqdə də, oyunda da görünən budur. İnanıram ki, vəzifənin öhdəsindən gələ biləcəyik. Mən də komandanın bir parçası olaraq bu tapşırıq üçün gücümü qoyacağam”.

Qeyd edək ki, futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb. Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının formasını geyinir. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından "Breşiya" olub.

İdman.biz