Dünyanın ən məhsuldar futbolçusu kimdir?

Xəbərlər
5 Fevral 2025 10:48
43
Dünyanın ən məhsuldar futbolçusu kimdir?

İFFHS 2025-ci ilin bütün oyunlarında ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, cədvəldə yanvarda vurulan toplar nəzərə alınıb.

“Əl Hilal”ın braziliyalı hücumçusu Markos Leonardo 10 qolla dünyanın ən məhsuldar oyunçusudur. Altı futbolçunun hesabında 8 top var.

“İnter”in argentinalı forvardı Lautaro Martines ikinci pillədə qərarlaşıb. PSJ-nin hücumçusu Usman Dembele “üçlüy”ü qapayır.

Qeyd edək ki, siyahıya 6 və daha çox qol vuran 26 futbolçu daxil edilib.

İdman.biz