Millimizin futbolçusu sənəd probleminə görə Belçika klubuna keçə bilməyib

Xəbərlər
5 Fevral 2025 11:25
53
Millimizin futbolçusu sənəd probleminə görə Belçika klubuna keçə bilməyib

Albaniyanın "Eqnatiya" klubunun və Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin karyerasını Belçikada davam etdirmək imkanı olub.

İdman.biz xəbər verir ki, Sport24.az-ın əldə etdiyi məlumata görə, ikinci liqada çıxış edən "Eupen" 23 yaşlı müdafiəçini icarəyə götürmək istəyib.

Oyunçunun viza məsələsini həll edə bilmədikləri üçün keçid baş tutmayıb.

Qeyd edək ki, Zamiq Əliyev ötən ildən Albaniya klubunun uğurları üçün çalışır.

İdman.biz