“Qəbələ”nin sabiq futbolçusu “Araz-Naxçıvan”da

Xəbərlər
5 Fevral 2025 11:54
46
“Qəbələ”nin sabiq futbolçusu “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış ilk keçidini rəsmiləşdirib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqada ikinci pillədə yer alan komanda 2024-cü ilin iyununda “Qəbələ” “Şerif”ə keçən Əyyub Allaşı sıralarına qatıb.

Tiraspol təmsilçisi ilə 2 illik sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verən mərakeşli “Araz-Naxçıvan”la 6 ay + 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Allaş “Turan Tovuz”un da transfer siyahısında olub.

İdman.biz