Hakimi vuran 15 yaşlı futbolçu ilə bağlı QƏRAR

Xəbərlər
5 Fevral 2025 12:56
43
Hakimi vuran 15 yaşlı futbolçu ilə bağlı QƏRAR

“Qəbələ”nin futbolçusu Emil Təhməzov 10 oyunluq diskvalifkasiya edilib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Buna U-15 Liqasında keçirilən “Asta” – “Qəbələ” matçından sonra baş verənlər səbəb olub. Görüş bitdikdən sonra Təhməzov hakimə fiziki təzyiq göstərdiyinə (əli ilə vurduğuna) görə qırmızı vərəqə alıb. AFFA bu üzdən onu 10 oyun cəzalandırıb.

İdman.biz