“Qarabağ” Romaonun gedişini açıqlayıb

Xəbərlər
5 Fevral 2025 15:05
54
“Qarabağ” Romaonun gedişini açıqlayıb

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən “Qarabağ”da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, Romaonun Macarıstan "Ferentsvaroş"una keçidi gözlənilir.

İdman.biz