Cerrardı 4-cü divizion klubu istəyir

Xəbərlər
5 Fevral 2025 16:52
40
Cerrardı 4-cü divizion klubu istəyir

Stiven Cerrard karyerasını vətəni İngiltərədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Cerrarda "Karlayl Yunayted"i çalışdırmaq təklif olunub. Hazırda bu kiçik klub İngiltərə futbolunun səviyyəcə dördüncü divizionunda (Liqa 2) çıxış edir.

Qeyd edək ki, Cerrard ötən həftə Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun baş məşqçi vəzifəsindən ayrılıb. 44 yaşlı mütəxəssis daha əvvəl "Reyncers" (2018-2021) və "Aston Villa"nı (2021-2022) çalışdırıb.

İdman.biz