Kriştiano Ronaldonun Lionel Messidən fərqi – 88 qələbə

Xəbərlər
5 Fevral 2025 18:02
45
Kriştiano Ronaldonun Lionel Messidən fərqi – 88 qələbə

Klub karyerasında ən çox qələbə qazanan futbolçular açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə ən azı 550 matç keçirənlər daxil edilib.

Siyahıya Kriştiano Ronaldo başçılıq edir. Bu yaxınlarda “700”ü arxada qoyan portuqaliyalının hesabında artıq 701 qələbə var.

Braziliyalı Rojerio Seni 631 qələbə ilə ikincidir. Argentinalı Lionel Messi 3-cü sıradadır. O, Ronaldodan 88 qələbə geri qalır.

1. Kriştiano Ronaldo - 701
2. Rojerio Seni – 631
3. Lionel Messi – 613
4. Fabio – 606
5. Daq Qrey – 605
6. Rayan Giqqz - 589
7. Noel Beyli – 588
8. Dani Alveş - 581
9. İker Kasilyas - 568
10. Fernandinyo – 565
11. Kərim Benzema - 564
12. Luka Modriç - 559
13. Xavi – 550

Qeyd edək ki, yalnız 13 futbolçu 550 və daha çox qələbə qazanıb.

İdman.biz