Vüsal İsgəndərli “Qalatasaray”a qol vurub - VİDEO

Xəbərlər
6 Fevral 2025 17:30
172
Vüsal İsgəndərli “Qalatasaray”a qol vurub - VİDEO

Azərbaycan millisinin sabiq futbolçusu Vüsal İsgəndərli “Boluspor”da qol hesabını açıb.

İdman.biz xəbər verir ki, 29 yaşlı hücumçu Türkiyə kubokunun “Qalatasaray”la görüşündə fərqlənib.

O, hazırda davam edən görüşün 12-ci dəqiqəsində qonaqların qapısına yol tapıb. Cəmi 11 dəqiqə sonra Alvaro Morata “Qalatasaray”ın cavab qoluna imza atıb.

Qeyd edək ki, ilk hissəsi gedən görüşdə hesab 1:1-dir.

İdman.biz