Serxio Ramos "Monterrey"də

Xəbərlər
7 Fevral 2025 10:01
106
Serxio Ramos "Monterrey"də

İspaniyalı futbolçu Serxio Ramosun "Monterrey"ə keçidi rəsmiləşib.

İdman.biz xəbər verir ki, 38 yaşlı futbolçu Meksika klubu ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalayıb.

Müdafiəçi 2025-ci il klubların dünya çempionatının iştirakçılarından biri olacaq "Monterrey"də 93 nömrəli formanı geyinəcək. Bu onun 2014-cü ildə "Real"ın heyətində Çempionlar Liqasında "Atletiko" ilə final matçının 90+3-cü dəqiqəsində qol vurmaqla komandasını məğlubiyyətdən xilas etməsinə bir işarədir.

Qeyd edək ki, Ramos "Sevilya" ilə müqaviləsinin müddəti başa çatandan sonra 2024-cü ilin iyulundan azad agent idi. O, əvvəllər həmçinin PSJ-də də oynayıb.

İdman.biz