“Mingəçevir”də QALMAQAL

Xəbərlər
7 Fevral 2025 14:51
118
“Mingəçevir”də QALMAQAL

ASTA-nın himayəsinə götürdüyü “Mingəçevir”də qalmaqal yaşanıb.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, yanvarın əvvəlində komandanın sükanı arxasına keçən Füzuli Məmmədov futbolçuları təhqir edib.

Vaxtilə “Neftçi”də işləmiş baş məşqçi I Liqanın 12-ci turunda “Zaqatala”ya 1:2 hesablı məğlubiyyətdən sonra komanda üzvlərinə “dişinin dibindən çıxanı” söyləyib. O, matçda iki sarı vərəqə alaraq 75-ci dəqiqədə meydandan uzaqlaşdırılan Elnur Mirzəyevin ünvanına xoşagəlməz ifadələr işlədib.

Məmmədov yenilginin müqəssiri kimi yarımmüdafiəçini göstərib. Həmçinin onu 500 manat miqdarında cərimələdiyini bildirib.

Mirzəyev isə bütün bunlarla razılaşmayıb, baş məşqçinin cavabını verib. Komanda yoldaşlarından Xəyal Muradov da ona qoşulub.

Hər iki futbolçu Füzuli Məmmədova etiraz edərək, düşərgədən gedib. Onlar baş məşqçiyə bildiriblər ki, belə komandada oynaya bilməzlər: "Siz bura layiq deyilsiz. Azərbaycan futboluna lazım olmayan məşqçisiz".

İdman.biz