Azərbaycan çempionatının oyunları təxirə salınıb

Xəbərlər
7 Fevral 2025 16:43
140
Azərbaycan çempionatının oyunları təxirə salınıb

Aşağı yaş qrupları üzrə futbolçular arasında Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Bütün zonalar üzrə 8-9 fevral tarixində keçirilməsi planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb. Bu addım hava şəraiti ilə əlaqədar atılıb.

İdman.biz

Məqalədə: