Zaqreb “Dinamo”sunun “Qarabağ”dan İSTƏYİ

Xəbərlər
8 Fevral 2025 10:46
133
Zaqreb “Dinamo”sunun “Qarabağ”dan İSTƏYİ

Olavio Juninyonu “Flamenqo”ya, Julio Romaonu “Ferensvaroş”a göndərən “Qarabağ”ın daha bir aparıcı futbolçusuna Avropadan ciddi maraq var.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Zaqreb “Dinamo”su Marko Yankoviçi menecerlər vasitəsiliə bu istəyindən xəbərdar edib.

Çempionlar Liqasının pley-off mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşmış və hər iki oyunda qalib gəlmiş Xorvatiya klubu onunla danışıqlar aparmağa hazırdır. Bunun üçün Monteneqro yığmasının futbolçusu məkanı dəyişmək niyyətində olub-olmamsı barədə onlara qəti fikir bildirməlidir.

2022-ci ilin iyunun 20-dən “Qarabağ”ın formasını geyinən balkanlı legioner hələlik “Dinamo”nun istəyinə reaksiya verməyib.

İdman.biz