Azərbaycanda yeni milli komanda yaradılır

Xəbərlər
8 Fevral 2025 14:09
142
Azərbaycanda yeni milli komanda yaradılır

Azərbaycanda yeni milli komanda yaradılır.

İdman.biz xəbər verir ki, bu haqda Sportinfo.az-a AFFA-dan məlumat daxil olub.

Bildirilir ki, rəhbərlik U-14-ün formalaşdırılması ideyası üzərində dayanıb. Bura AFFA-nın təşkil etdiyi U-13 Liqasında özünü yaxşı tərəfdən göstərən futbolçular cəlb olunacaq.

U-14 yığmasının ərsəyə gətirilməsinin məğzində perspektivli uşaq və yeniyetmələrin keçid dövründə gözdən itməsinin qarşısını almaq, onları üst yaş qrupları üzrə milillərə ötürməkdir.

AFFA-nın araşdırmasına görə, məhz bu yaş dövrünə çatanda oyunçuların əksəriyyəti futbolla vidalaşır, nəticədə U-15 və U-16 yığmalarının “seçim hovuz”u məhdudlaşır.

İdman.biz

Məqalədə: