"Milan"ın yeni oyunçusu tarixə düşüb - VİDEO

Xəbərlər
9 Fevral 2025 09:32
118
"Milan"ın yeni oyunçusu tarixə düşüb - VİDEO

Bu ay "Milan"a keçən Santyaqo Ximenez "Rossoneri"nin heyətində qol vuran ilk meksikalı olub.

İdman.biz xəbər verir ki, 23 yaşlı forvard İtaliya çempionatı çərçivəsində "Empoli"yə qalib gəldikləri oyunun (2:0) ikinci hissəsində meydana çıxıb və 76-cı dəqiqədə gözəl qola imza atıb.

"Opta"nın məlumatına görə, Ximenes həmçinin "Cenoa"da 4 dəfə fərqlənən Xoan Vaskes və "Napoli"nin rəqiblərini 23 dəfə məyus edən İrvinq Losanodan sonra A Seriyasında qol vuran üçüncü meksikalı olub.

İdman.biz