Bu gün Misli Premyer Liqasında XXII turun ikinci oyunu Bakıda keçiriləcək.
İdman.biz xəbər verir ki, “Sabah” "Bank Respublika Arena"da “Turan Tovuz”u qəbul edəcək.
Bu, komandaların ölkə çempionatında 11-ci görüşü olacaq.
Əvvəlki oyunlarda “Sabah” rəqibinə 4 dəfə qalib gəlib, 3 dəfə heç-heçə edib, 3 dəfə uduzub.
Top fərqində isə “Turan Tovuz” minimal fərqlə irəlidədir: 14-13.
Axırıncı 2 görüşdə heç-heçə qeydə alınıb. “Turan Tovuz” son 6 qarşılaşmada qol vurub.
16.09.2022 |
Sabah (Bakı) - Turan Tovuz |
3:1 |
29.11.2022 |
Turan Tovuz - Sabah (Bakı) |
0:1 |
19.02.2023 |
Sabah (Bakı) - Turan Tovuz |
0:2 |
22.04.2023 |
Turan Tovuz - Sabah (Bakı) |
0:2 |
01.09.2023 |
Sabah (Bakı) - Turan Tovuz |
0:3 |
11.11.2023 |
Turan Tovuz - Sabah (Bakı) |
2:3 |
03.02.2024 |
Sabah (Bakı) - Turan Tovuz |
1:1 |
06.04.2024 |
Turan Tovuz - Sabah (Bakı) |
2:0 |
15.09.2024 |
Sabah (Bakı) - Turan Tovuz |
2:2 |
24.11.2024 |
Turan Tovuz - Sabah (Bakı) |
1:1 |
Qeyd edək ki, matça saat 17:00-da start veriləcək.
İdman.biz